azerbaijan news app
Ben Ladenin cangüdəninin dramatik deportasiyası
image
2018-07-14 00:18

Terrorçu Üsamə ben Ladenin sabiq cangüdənini Almaniyadan deportasiya ediblər.

Oxu.Az xəbər verir ki, bu barəsə Almaniya XİN təmsilçisi Anneqrqt Korf bildirib.

“Bu gün səhər Sami A. Tunisə aparılıb və yerli hakimiyyət nümayəndələrinə təhvil verilib”, - Korf deyib. 

Sami A. Tunis vətəndaşıdır, son illər ailəsi ilə birlikdə Bohumda yaşayıb. İyunun sonlarında onu həbs edərək deportasiya həbsxanasına göndəriblər. 

Mühacirət və qaçqınların işləri üzrə Federal təşkilat deportasiyaya sanksiya versə də, Sami A. şikayət edərək qərarı ləğv etdirməyə nail olub.

Öz növbəsində məhkəmə tunislinin deportasiyasına qadağa qoyub və bunu vətənində işgəncələrə məruz qalmayacağına dair təminatın olmaması ilə əsaslandırıb.

Lakin məhkəmənin qərarı çox gec verilib: bu zaman göyərtəsində Sami A. olan təyyarə artıq havaya qalxıb. 

 

www.oxu.az

Xəbərin əsas linki (oxu.az)

Copyright © 2016 2018 All rights reserved.

ILK-10 Azeri Website Directory