http://bodelen.com/afu.php?zoneid=2241141

azerbaijan news app
Braziliyada bənd uçqunu: ölənlərin sayı 110 nəfəri ötdü - FOTO/VİDEO
image
2019-02-01 09:58

Braziliyada su anbarının dağılması nəticəsində ölənlərin sayı 110 nəfərə çatıb.

Bu barədə “Globo” telekanalı məlumat yayıb.

Ölənlərdən 71 nəfərin kimliyi artıq müəyyən edilib. 238 nəfər hələ də itkin düşmüş sayılır.

Texnogen faciənin yaşandığı su bəndi “Vale” şirkətinə məxsus idi və sənaye, o cümlədən, metallurgiya müəssisələrinin tullantılarından ibarət suları saxlayır. Yanvarın 25-dən su bəndinin uçması nəticəsində Minas Jerays ştatının Brumadinyo rayonunda yüzlərlə ev sualtında qalıb.

Zərərçəkənlərin və ölənlərin axtarışı hazırda davam etdirilir. Xilasetmə-axtarış işlərinin bir neçə həftə uzanacağı ehtimal edilir.

Məlumata əsasən, Braziliyada mövcud olan su bəndlərinin təxminən yarısı qəzalı vəziyyətdədir.

Xəbərin əsas linki (oxu.az)

Copyright © 2016 2019 All rights reserved.

ILK-10 Azeri Website Directory