azerbaijan news app
Bu ilin altı ayında Azərbaycanda qeyri-neft sektoru 2% artıb
image
2018-07-13 20:23

2018-ci ilin yanvar-iyun aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 37 mlrd. 9,1 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz çox ümumi daxili məhsul istehsal edilib.

 

“APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu dövrdə iqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər 2 faiz, neft sektorunda isə 0,1 faiz artıb. Əlavə dəyərin 47,3 faizi sənayedə, 9,6 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 6,6 faizi tikinti, 6,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,5 faizi informasiya və rabitə, 13,2 faizi isə digər sahələrdə istehsal edilib.

 

Məhsula və idxala xalis vergilər ÜDM-in 8 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 3777,6 manata bərabər olub.

Xəbərin əsas linki (apa.az)

Copyright © 2016 2018 All rights reserved.

ILK-10 Azeri Website Directory