azerbaijan news app
Cəlilabadda bacısının qayınatasını qətlə yetirən şəxsin apellyasiya şikayəti təmin olunmayıb
image
2018-07-14 13:02

Şirvan Apellyasiya Məhkəməsində Cəlilabadda qətl törədən şəxsin şikayətinə baxılıb.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hakim Etibar Camalovun sədrliyi ilə keçirilən prosesdə Həmzəyev Əvəz Əhəd oğlunun apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

 

Qeyd edək ki,  2017-ci ilin dekabrın 28-də rayonun 1999-cu il təvəllüdlü Həmzəyev Əvəz Uzuntəpə kəndində hərəkətdə olan marşrut avtobusunda həmyerlisi Rakif Hüseynovu bıçaqlayaraq öldürüb. Hadisəyə səbəb Ə.Həmzəyevin 18 yaşlı bacısının əri, R. Hüseynovun oğlu ilə münasibətlərinin pozulması olub.  

 

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə. Həmzəyev CM-nin 120.2.4, 228.4 maddələri ilə 17 il 6 ay azadlıqdan məhrum edilib. 

   

Xəbərin əsas linki (apa.az)

Copyright © 2016 2018 All rights reserved.

ILK-10 Azeri Website Directory