http://bodelen.com/afu.php?zoneid=2241141

azerbaijan news app
COLAB. növbəti kovörkinq mərkəzini istifadəyə verdi (FOTO/VİDEO)
image
2019-02-01 11:00

Bakı. Trend:

COLAB. adlanan kovörkinq mərkəzləri şəbəkəsi yeni kovörkinq məkanını istifadəyə verib.

Bakının biznes əhəmiyyətli bölgəsində – Time Business Mərkəzinin daxilində 1000 kv. metrə qədər ərazini əhatə edən bu kovörkinq məkanı COLAB.-ın paytaxtımızda növbəti mərkəzidir.

Yeni mərkəzin açılış mərasimində COLAB. üzvləri, sahibkarlar, iş adamları, media nümayəndələri və mərkəzdən istifadə etmək arzusunda olan qonaqlar iştirak edirdi. Açılış mərasimi zamanı qonaqlara mərkəz və xidmətlər haqqında informasiya verildi, mərkəzdə fərdi turlar təşkil edildi, qonaqların dincəlməsi və şəbəkələşməsi üçün səmimi ab-hava yaradıldı, qeyri-rəsmi görüşlər təşkil edildi.

Bildiyimiz kimi, COLAB. kovörkinq mərkəzi individuallar və ya komandalar tərəfindən ümumi istifadədə olan ofis məkanıdır. Kovörkinq mərkəzində fəaliyyət göstərən şəxslər və ya komanda heyətləri ayrı-ayrı fəaliyyətlər ilə məşğul olsalar da, bir çox ortaq maraqlara sahibdirlər.

COLAB. kovörkinq mərkəzində yerləşməyin bir çox üstün tərəfləri var: icarə şərtləri olduqca sadədir, saatlıq, günlük və ya aylıq əsasla istifadə imkanları vardır, icarə adətən iştirakçı sayına görə hesablandığı üçün kiçik heyətlər üçün olduqca sərfəlidir, iş məkanı istifadəyə tam hazır, lazımi avadanlıqlar ilə təhciz edilmiş şəkildə təklif edilir.

COLAB. büdcəsinə qənaət etməklə yanaşı, iş məkanının prestijinə və komfortuna xüsusi diqqət yetirən fərdi fəaliyyət göstərən şəxslər, layihə qrupları və kiçik heyətli şirkətlər üçün arzuları əlçatan edir. İstənilən şəxs yalnız komputerini gətirməklə əsrarəngiz COLAB. iş mərkəzlərinin təklif etdiyi müxtəlif üzvlük paketlərindən və onlara daxil olan xidmətlərdən faydalana bilər.

Yeni istifadəyə verilən COLAB. kovörkinq mərkəzi genişliyi, gözoxşayan interyeri, rahatlığı və professional üslubu ilə fərqlənir. Mərkəz ümumilikdə üç hissədən: ümumi iş zallarından, şirkət heyətləri üçün ayrıca butik ofislərdən və görüşlərin keçirilməsi üçün geniş və izolyasiya olunmuş konfrans otaqlarından ibarətdir. Burada işdən müvəqqəti ayrılaraq dincəlmək, həmkarlar və ya digər üzvlər ilə şəbəkələşmək üçün ümumi istifadədə olan istirahət məkanları da nəzərdə tutulub. Mərkəz sürətli internet, resepşn, təhlükəsizlik kimi bir çox xidmətlər ilə təchiz edilib.

COLAB.-ın biznesin inkişafı üzrə meneceri Ayşan Quliyeva qeyd etdi ki, COLAB. dünyanın qabaqcıl şirkətlərinin ofislərinə xas standartları: yüksək infrastruktur, rahat interyer və s. özündə birləşdirir.

Xəbərin əsas linki (trend.az)

Copyright © 2016 2019 All rights reserved.

ILK-10 Azeri Website Directory