http://bodelen.com/afu.php?zoneid=2241141

azerbaijan news app
Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması qondarma rejimin “mətbuat katibi”nin bəyanatına cavab verib
image
2019-02-01 14:41

Bakı. Trend:

Biz Azərbaycanın işğal edilmiş torpaqlarında yaradılmış və özünü qanunsuz rejimin “başçısının” qondarma “mətbuat katibi” kimi təqdim edən David Babayanın əvvəllər də ölkəmizə qarşı iftira xarakterli fikirlər səsləndirdiyinin şahidi olmuşuq və növbəti dəfə o, “hidro-terror” mövzusunda cəfəng fikirləri ilə “fərqlənib”.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyevin mətbuat üçün şərhində deyilir.

Şərhdə deyilir: "Babayanın münaqişə nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin törətdiyi ekoloji cinayətləri unudaraq, hazırda davam edən vəziyyətə görə məxsus olduğu rejimin daşıdığı məsuliyyəti ört-basdır etməsi və kənarda “təqsirkar” axtarışı gülüncdür. Bu səbəbdən Babayanın yaddaşını təzələmək və onun diqqətinə aşağıdakıları çatdırmaq istərdim.

2015-ci ilin noyabr ayında AŞPA çərçivəsində "Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi" adlı qətnamə qəbul edilib. AŞPA Azərbaycanın Dağlıq Qarabağ və digər ətraf ərazilərinin Ermənistan təfərindən işğalının həmin ərazilərdə yaşayan əhali üçün humanitar və ekoloji problemlər yaratdığını qınayıb.
Qətnamədə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yerləşən Sərsəng su anbarında keçən dövr ərzində mütəmadi baxım işlərinin aparılmaması səbəbindən bütün ətraf ərazilər üçün təhlükə yarandığı qeyd olunub. Sərsəng su anbarının baxımsız vəziyyətdə qalmasının çoxsaylı insan tələfatı və böyük fəlakətə gətirib çıxara biləcəyi vurğulanıb. Qətnamə həmçinin Ermənistan silahlı qüvvələrinin Sərsəng bölgəsindən dərhal geri çəkilməsini, Ermənistanın su ehtiyatlarından münaqişə tərəflərinin yalnız birinin xeyrinə siyasi təsir, yaxud təzyiq vasitəsi kimi istifadə etməsini dayandırmağı tələb edib.

Xəbərin əsas linki (trend.az)

Copyright © 2016 2019 All rights reserved.

ILK-10 Azeri Website Directory