http://bodelen.com/afu.php?zoneid=2241141

azerbaijan news app
DSX: Sərhəd pozucuları narkotiklə yaxalandı
image
2019-02-01 12:58

Bakı. Trend:

Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində həyata keçirilmiş məqsədyönlü əməliy­yat-axtarış və qoşun tədbirləri nəticəsində son günlərdə narkotik vasitələrin qeyri-qanuni gətirilməsi cəhdinin qarşısı alınıb.

DSX-dən Trend-ə verilən məlumata görə, 2019-cu il 15 yanvar tarixində, saat 18:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin texniki müşahidə məntə­qəsi tərəfindən Lənkəran rayonunun Qamışovka və Siyavar kənd­ləri istiqamətində sahildən 12.7 mil aralı naməlum üzmə vasitəsinin Azərbaycan Respub­likasının dəniz sektoruna daxil olması müşahidə edilib. Xəzər dənizinin cənub istiqamətində dövlət sərhədinin mühafizəsində olan sərhəd gözətçi gəmisi hədəfi izləyərkən o, sürətlə cənub istiqamətinə doğru hərəkət edərək, ərazi sularımızı tərk edib. Na­məlum üzmə vasitəsinin hərəkət koordinatlarına baxış zamanı dənizdə 1 ədəd bağlama içərisində tünd qara rəngli bərk halda çəkisi 995 qram olan narkotik vasitə tiryək aşkarlanaraq götürülüb.

2019-cu il 17-20 yanvar tarixlərində saat 20:50 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Arus kəndi ya­xın­lığındakı sərhəd zastavasının xidməti sahəsinin müqabilində İran İslam Respublikasında atışma səsləri eşildiyi üçün sərhəd zastavası "silaha” komandasına qaldırılaraq həmin sahə istiqa­mətində hərəkət edib. Qeyd olunan ərazi dərhal qapadılaraq ətrafda axtarış tədbirləri keçirilib və nəticədə 2 ədəd rəngli çantanın içərisində 6 kq 100 heroin, 1 kq 800 qr meta­mfetamin, 200 qr tiryək və qayalıqların arasında gizlədilmiş halda 2 ədəd bağlama içərisində 14 kq 850 qram tiryək və 6708 ədəd “Metadon-40” həbi aşkar edilərək götürülüb.

Xəbərin əsas linki (trend.az)

Copyright © 2016 2019 All rights reserved.

ILK-10 Azeri Website Directory