http://bodelen.com/afu.php?zoneid=2241141

azerbaijan news app
Əflatun Amaşov: Azərbaycanla Gürcüstanın yüksək qonşuluq əlaqələrinin əleyhinə olan qüvvələr var
image
2019-02-01 12:40

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanla Gürcüstanın yüksək qonşuluq əlaqələri olsa da, buna qarşı hələ də fəaliyyət göstərən qüvvələr var.

Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Əflatun Amaşov parlamentin bu gün keçirilən plenar iclasınsda Gürcüstanda Azərbaycan torpaqlarının işğalında iştirak etmiş cinayətkar erməni terrorçusu Mixail Avaqyana abidə ucaldılması məsələsinə toxunarkən deyib.

Ə.Amaşov əmin olduğunu bildirib ki, bu abidənin ucaldılmasından Gürcüstan hökumətinin məlumatı olmayıb:

“Həmin qüvvələr yenə də iş başındadırlar. Hələ 2006-cı ildə Axalkalakidə başqa bir erməni terrorçusuna heykəl qoymuşdular. İndi isə bu addımı atdılar. Həmçinin Nəriman Nərimanovun Marneulidəki abidəsinə qarşı hörmətsizlik edildi. Ona görə də hesab edirəm ki, bu hallar tezliklə aradan qaldırılmalıdır”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Xəbərin əsas linki (trend.az)

Copyright © 2016 2019 All rights reserved.

ILK-10 Azeri Website Directory