http://bodelen.com/afu.php?zoneid=2241141

azerbaijan news app
Əflatun Amaşovdan “qəzetlərin bağlanması” məsələsinə sərt - REAKSİYA
image
2019-02-01 17:25

Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) dünən çıxardığı və ajiotaj doğuran qərarları ilə bağlı fikirlərini bölüşüb. 

Oxu.Az xəbər verir ki, Ə.Amaşov “Facebook” hesabında yayımladığı açıqlamasında bəzi şəxslərin məsələni qəzetlərin qapadılması şəklində qoymağa çalışdığını vurğulayıb.

O bildirib ki, belə yanaşanların içərisində vaxtilə dövlətin mətbuat orqanlarına yardım göstərməsinin əleyhinə çıxanlara da təsadüf edilməkdədir. 

“Baxışları ziddiyyətlidir. Ancaq mən bu barədə danışmaq istəməzdim. Məlum idi ki, məsələdən müəyyən siyasi dividendlər əldə etmək istəyənlər olacaq. Çünki media təbiət etibarilə həssas sahədir, ona yanaşmalarda heç də həmişə obyektivlik gözlənilmir”, - Ə.Amaşov deyib.

Deputat məsələnin gerçək olan mahiyyətinə diqqət çəkib:

“Doğrudur, hər zaman demişik ki, bizə çap mediası lazımdır. Ona görə ki, mətbuat gələcək üçün tarix yaradır. Bəli, günümüzü reallığı internetdir. Demək olar, həyatımızın bütün sahələri elektronlaşıb. Amma vəziyyətin hər zaman belə olacağına təminat yoxdur. Yalnız biz deyil, ümumən bəşəriyyət öz keçmişini illər, əsrlər öncə mövcud olmuş qəzetlərdən, jurnallardan öyrənir. Bu mənada, qəzetlər saxlanılmalıdır və düşünürəm ki, saxlanılacaq da”.

Ə.Amaşov əlavə edib ki, Azərbaycan reallığına baxmaq, müəyyən müqayisələr aparmaq lazımdır. 

“Bu gün Azərbaycanda 5200-dən çox kütləvi informasiya vasitəsi dövlət reyestrindən keçib. Ərazicə bizimlə eyni, hətta böyük olan bir çox qabaqcıl ölkələrdə bu rəqəmə rast gəlmək əsla mümkün deyil. Bir qədər də dəqiqləşdirmə aparsaq, görərik ki, ölkəmizdə qeydiyyatdan keçmiş mətbuat orqanlarından yalnız 10 faizə qədəri hansısa formada fəaliyyətdədir. Amma 5200-lük sayda 10 faiz kiçik rəqəm deyil”. 

MŞ sədri maliyyələşmə şərtləri məsələsinə kompleks yanaşmanın zəruriliyini vurğulayıb:

“KİVDF maliyyələşmə üçün şərtləri açıqladı. Bu, məlumdur. Amma yalnız bu şərtlərmi? Məsələyə kompleks baxmaq lazımdır. Qəzetçiliyə yanaşma dəyişməlidir. Ortada olacaq qəzetlərimiz sanballı olmalıdır. Dövlət məhz bu şərtlərlə fəaliyyəti dəstəkləməlidir. Və bunun üçün də geniş və səmərəli işi ilə seçilən kontingentə ehtiyac var. Deməli, peşəkarlara hər zaman meydan tapılacaq”.

Ə.Amaşov qeyd edib ki, hansı KİV açıqlanmış tələbləri yerinə yetirmək imkanında olacaqsa, təbii ki, maliyyə yardımından bəhrələnəcək.

Samir İsayev

Xəbərin əsas linki (oxu.az)

Copyright © 2016 2019 All rights reserved.

ILK-10 Azeri Website Directory