azerbaijan news app
Ermənistan Cəbəllütariqin tarixinə düşdü - VİDEO
image
2018-10-14 02:00

Cəbəllütariqin futbol millisi tarixində ilk dəfə rəsmi oyunlarda qələbə qazanıb.

Oxu.Az xəbər verir ki, “cırtdan” ölkənin komandası UEFA Millətlər Liqası çərçivəsində səfərdə Ermənistana 1:0 hesabı ilə qalib gəlib.

Oyunun müqəddəratını həll edən yeganə qolu 50-ci dəqiqədə penaltidən Cozef Çipolino vurub.

Xatırladaq ki, Ermənistan komandasının heyətində “Qarabağ”ın Avropa Liqasındakı rəqibi olan London “Arsenal”ının oyunçusu Hamlet Mhitaryan da çıxış edir.

Cəbəllütariq FİFA reytinqində 198-ci yeri tutur.

www.oxu.az

Xəbərin əsas linki (oxu.az)

Copyright © 2016 2018 All rights reserved.

ILK-10 Azeri Website Directory