http://bodelen.com/afu.php?zoneid=2241141

azerbaijan news app
Ermənistan dörd ədəd Su-30SM qırıcısı aldı
image
2019-02-01 13:52

Moskva və Yerevan dörd ədəd Su-30SM çoxfunksiyalı qırıcı təyyarəsinin alınması ilə bağlı müqavilə imzalayıblar. Təyyarələr 2020-ci ilədək Ermənistan Silahlı Qüvvələrinə təhvil veriləcək.

Bununla bağlı “Kommersant” qəzetindəki İvan Safronovun və Aleksandr Corceviçin materialında məlumat verilir.  

Məlumatda qeyd edilib ki, KTMT müttəfiqi ilə müqavilədə Rusiya bir sıra güzəştlərə gedib: təkcə kredit ayırmayıb, eyni zamanda təyyarələr alıcıya ixrac qiymətində deyil, daxili qiymətə satılıb. 

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi “Sputnik” agentliyinə açıqlamasında bu məlumatı təsdiqləyib. 

Hərbi idarədə alınacaq təyyarələrin sayı, müqavilənin dəyəri haqqında heç bir məlumat verilməsə də, qeyd edilib ki, proses bundan öncə Ermənistana verilmiş 100 milyon ABŞ dolları məbləğində Rusiya krediti çərçivəsində həyata keçirilib. 

Müqaviləyə həmçinin, erməni pilotların Rusiya hərbi birləşməsində təlimi də nəzərdə tutulub. 

“Eksport voorujeniy” jurnalının baş redaktoru Andrey Frolovun sözlərinə görə, Ermənistanın hətta Su-30SM qırıcılarının kiçik hissəsini almasını belə simvolik hesab etmək olar: onların son on il ərzində ilk dəfədir ki, əvvəllər istifadə edilmiş deyil, yeni qırıcılar alır. 

“Bu ölkənin Hərbi Hava Qüvvələrinin döyüş potensialını artırmaq üçün ciddi addımdır”, - Frolov hesab edir. 

Frolov əlavə edib ki, Azərbaycanın bu məsələyə münasibəti mənfi olacaq, çünki Azərbaycan HHQ belə inkişaf etmiş təyyarələr yoxdur, yalnız Ukraynada modernləşdirilmiş MiQ-29 qırıcısı var. 

“Rusiya-Ermənistan müqaviləsi Bakını yeni silahlar almağa  motivasiya edəcək. Silahları Rusiyadan deyil, misal üçün Pakistandan da alına bilər”, - ekspert hesab edir. 

Su-30Sm – Rusiyanın 4++ nəslinə aid ağır çoxhədəfli qırıcısıdır, əsasən havada üstünlüyün əldə edilməsi üçün nəzərdə tutulub. 

Qırıcının ekipaj sayı 2 nəfərdir, maksimum sürəti saatda 2125 kilometrdir (yerdə saatda 1350 kilometr).   

Uçuş məsafəsi yüksəklikdə 3000 kilometr, döyüş radiusu 1500 kilometrdir.

Xəbərin əsas linki (oxu.az)

Copyright © 2016 2019 All rights reserved.

ILK-10 Azeri Website Directory