http://bodelen.com/afu.php?zoneid=2241141

azerbaijan news app
FETÖ-nün Azərbaycan üzrə məsul şəxsi belə həbs edildi
image
2019-02-01 12:40

FETÖ-nün Azərbaycandakı məsul şəxsi, bağlanan “Zaman” qəzetinin Bakı mətbəəsinin sahibi Türkiyədə həbs edilib.

“Qafqazinfo” xəbər verir ki, ötən gün Azərbaycanın saxlayaraq Türkiyəyə təslim etdiyi İbrahim E. prokurorluqda ifadə verib. Daha sonra məhkəməyə çıxarılan FETÖ-çü haqda həbs qərarı verilib. 

Xatırladaq ki, Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) haqqında daha əvvəl yaxalanma qərarı çıxarılan İbrahim E.-nin yerini təsbit etdikdən sonra bu barədə Azərbaycan tərəfini məlumatlandırmışdı. FETÖ-çü MİT-in dəstəyi ilə Azərbaycan təhlükəsizlik qüvvələri tərəfindən keçirilən əməliyyatda saxlanılaraq ötən həftə iki azərbaycanlı polisin müşayiəti ilə İstanbula aparılmışdı.

 

 

Xəbərin əsas linki (qafqazinfo.az)

Copyright © 2016 2019 All rights reserved.

ILK-10 Azeri Website Directory