http://bodelen.com/afu.php?zoneid=2241141

azerbaijan news app
Gömrük Komitəsindən korrupsiya ittihamlarına - CAVAB
image
2019-02-02 15:29

Dövlət Gömrük Komitəsi (DGK) qurumun strukturuna daxil olan Bakı Baş Gömrük İdarəsində və Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində korrupsiyanın mövcudluğuna dair KİV-də yayılmış informasiyalara münasibət bildirib.

DKG-nin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, ötən gün bəzi kütləvi informasiya vasitələrində son dövrlər gömrük sistemində aparılan şəffaflığın təmin olunması və korrupsiya hallarına qarşı mübarizə tədbirləri ilə bağlı yazılarda hər hansı fakta əsaslanmayan məlumatlar yayılıb.

“Belə ki, bu qəbildən olan yazılarda Dövlət Gömrük Komitəsinin və onun rəhbərliyinin korrupsiya və rüşvətə qarşı atdığı addımlar alqışlansa da, DGK-nın strukturuna daxil olan Bakı Baş Gömrük İdarəsində və Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində bu sahədə neqativ halların hələ də mövcudluğundan bəhs olunur.

Əslində, media nümayəndələrinin gömrükdə baş verən prosesləri, xüsusilə komitə rəhbərliyinin də dəfələrlə vurğuladığı kimi mənfi halları diqqətdə saxlaması müsbət haldır və gömrük-media əməkdaşlığının inkişafından xəbər verir.  Lakin, bu zaman yalnız konkret faktlara istinad edilməsi,  ümumi işə və gömrük-media əməkdaşlığına fayda verə bilər.

Qeyd edək ki, yazıda konkret şəxslər, yüklər, bəyannamələr və ya gömrük araşdırması üçün hər hansı dəlil təşkil edəcək vasitə olmadığından, müəllifin özünün də ifadə etdiyi kimi bunları yalnız şayiə və ya kiminsə təxəyyülünün məhsulu adlandırmaq olar.

Üstəlik, media qurumları və jurnalistlər istədikləri vaxt gömrük rəsmiləşdirilməsi və gömrük ödənişlərinin həyata keçirilməsi proseslərini əyani şəkildə müşahidə edə, deyilənlərin həqiqətən də şayiə olduğunu bariz şəkildə görə bilərlər.

Dövlət Gömrük Komitəsi hər zaman gömrük-media əməkdaşlığına xüsusi önəm verir, bir daha kütləvi informasiya vasitələrinə və jurnalistlərə  gömrük orqanlarının fəaliyyətinə dair yazıları hazırlayarkən konkret faktlara söykənməyi tövsiyə edir”, - deyə məlumatda qeyd olunur.

Xəbərin əsas linki (oxu.az)

Copyright © 2016 2019 All rights reserved.

ILK-10 Azeri Website Directory