http://bodelen.com/afu.php?zoneid=2241141

azerbaijan news app
Görkəmli alim, BMT-nin qlobal enerji üzrə aparıcı eksperti Toğrul Bağırovun dəfn mərasimi keçirilib (FOTO)
image
2019-02-01 15:31

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakı Nobel İrsi Fondunun sədri, BMT-nin qlobal enerji üzrə aparıcı eksperti, siyasi elmlər doktoru, professor Toğrul Adil oğlu Bağırov bu gün Bakıda II Fəxri xiyabanda dəfn olunub.

Trend-in məlumatına görə, dəfndən əvvəl Təzə Pir məscidində mərhumla vida mərasimi keçirilib. Mərasimdə xarici işlər naziri Elmar Məmmədyarov, mədəniyyət naziri Əbülfəs Qarayev, "Azərbaycan Hava Yolları" QSC-nin sədri Cahangir Əsgərov, ictimai-siyasi xadimlər, elmi ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Vida mərasimində çıxış edən professorun həyat yoldaşı məclisə gələnlərə təşəkkürünü bildirərək qeyd edib ki, T.Bağırov hamı ilə halallaşaraq dünyadan köçüb.

Sonra T.Bağırov II Fəxri xiyabanda dəfn olunub.

Xəbərin əsas linki (trend.az)

Copyright © 2016 2019 All rights reserved.

ILK-10 Azeri Website Directory