http://bodelen.com/afu.php?zoneid=2241141

azerbaijan news app
Gürcüstandakı abidə parlamentdə də müzakirə edildi
image
2019-02-01 12:21

Deputat Əflatun Amaşov Gürcüstanda Azərbaycan torpaqlarının işğalında iştirak etmiş cinayətkar erməni terrorçusuna abidə ucaldılması məsələsinə toxunub.

“Qafqazinfo” xəbər verir ki, Ə. Amaşov parlamentdə qeyd edib ki, Azərbayacanla Gürcüstanın yüksək qonşuluq əlaqələri olsa da, buna qarşı hələ də fəaliyyət göstərən əks qüvvələr var: “Əmiəm ki, Gürcüstan hakimiyyətinin bundan xəbəri tam mənada yoxdur. Amma həmin qüvvələr yenə də iş başındadırlar. Hələ 2006- ci ildə Axalkalakidə başqa bir erməni terrorçusuna heykəl qoymuşdular. İndi isə bu addımı atdılar. Həmçinin Nəriman Nərimanovun Marneulidəki abidəsinə qarşı hörmətsizlik edildi. Ona görə də hesab edirəm ki, bunlar tezliklə aradan qaldırılmalıdır”.

Spiker Oqtay Əsədov isə məsələylə bağlı Gürcüstan hökuməti ilə danışıqlar aparıldığını qeyd edib: “Bizim Xarici İşlər Nazirliyi bununla bağlı bəynaat verib. Mən əminəm ki, gürcü hökuməti də bu məsələni diqqətdə saxlayıb məsələni həll edəcək”.

Günel Türksoy

Xəbərin əsas linki (qafqazinfo.az)

Copyright © 2016 2019 All rights reserved.

ILK-10 Azeri Website Directory