http://bodelen.com/afu.php?zoneid=2241141

azerbaijan news app
Gürcüstandan avtobus gətirən azərbaycanlının gömrük fırıldağı
image
2019-02-02 11:47

Azərbaycan-Gürcüstan sərhədində vətəndaş Tofik İlyasovun idarə etdiyi avtobus gömrükçülər tərəfindən saxlanılıb və idarənin dayanacağına gətirilən nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Bu barədə Oxu.Az-a Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

İlkin araşdırma zamanı məlum olub ki, Tofik İlyasovun idarə etdiyi 2006-cı il buraxılışlı, “NEOPLAN” markalı, 806698 şassi nömrəli 99 KN 983 dövlət nömrə nişanlı avtobus Şəmsəddin Qasımov adlı başqa bir şəxs tərəfindən idarə edilərək Gürcüstana aparılıb. 

Daha sonra Ş.Qasımov idarə etdiyi həmin sərnişin avtobus ilə eynilik təşkil etməyən, ağ rəngli “NEOPLAN” markalı yeni model başqa nəqliyyat vasitəsini “Mazımçay” gömrük postundan keçirməklə Azərbaycana gətirib. 

O, sərnişin avtobusunu yeni modeli ilə əvəz edib gətirərkən idarə etdiyi nəqliyyat vasitəsini yenə də əvvəlki – 99 KN 983 dövlət nömrə nişanı altında keçirib.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert arayışına əsasən müəyyən edilib ki, “NEOPLAN” markalı avtobusun 806698 rəqəmlərdən ibarət şassi nömrəsi kustar üsulla həkk olunub.

Faktla bağlı araşdırma aparılır.

Xəbərin əsas linki (oxu.az)

Copyright © 2016 2019 All rights reserved.

ILK-10 Azeri Website Directory