http://bodelen.com/afu.php?zoneid=2241141

azerbaijan news app
General gənclərə fəxri fərman verdi
image
2019-02-01 18:10

Fövqəladə Hallar Nazirliyində FHN işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müavini Cavanşir Alxasov, FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov, nazirliyin əməkdaşları iştirak ediblər.

Tədbirdə əvvəlcə dövlət himni səsləndirilib. Daha sonra tədbiri giriş sözü ilə açan Mehman İsmayılov ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı ildən başlayaraq 2 fevral tarixinin ölkəmizdə Azərbaycan Gəncləri Günü kimi qeyd edilməsindən, gənc nəslə göstərilən yüksək dövlət qayğısından bəhs edib. Qeyd edib ki, gənclər siyasəti cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Etibar Mirzəyev FHN rəhbərliyi adından gəncləri 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edərək vurğulayıb ki, Azərbaycanda gənclər siyasətinin banisi ulu öndər Heydər Əliyevin gənc kadrların yetişdirilməsində əvəzsiz xidmətləri olub. Bildirib ki, bu siyasəti uğurla davam etdirən prezident İlham Əliyev gənclərə xüsusi diqqət göstərir və dövlət başçısının gənclərlə bağlı imzaladığı fərman və sərəncamları bunun ən bariz nümunəsidir. Nazir müavini deyib ki, Azərbaycan dövlətinin bu mütərəqqi siyasi xəttinə uyğun olaraq, Fövqəladə Hallar Nazirliyində gənclərin sosial problemlərinin həlli, onların vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi diqqət yetirilir.

Cavanşir Alxasov çıxışında Azərbaycanın bu gün keçdiyi inkişaf mərhələsində gənclərin rolundan danışıb. O, Azərbaycan gənclərinin keyfiyyətli təhsil almaları və əmək fəaliyyətlərinin təşkili məqdəsilə Azərbaycan dövləti tərəfindən hər cür şərait yaradıldığını qeyd edib.

Gənclər adından çıxış edən FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin zabiti Kamal Mustafayev onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına təşəkkürünü bildirib. Çıxışlardan sonra xidmətdə fərqlənən və vəzifə borcunu layiqincə yerinə yetirmiş Nazirliyin bir qrup əməkdaşına Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının fəxri fərman və qiymətli hədiyyələri təqdim edilib.

 

Xəbərin əsas linki (qafqazinfo.az)

Copyright © 2016 2019 All rights reserved.

ILK-10 Azeri Website Directory