azerbaijan news app
Goranboy və Qobustanda taxıl sahələri yanıb
image
2018-07-14 01:30

Goranboy və Qobustanda yanğın hadisəsi qeydə alınıb.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Goranboy rayonunun Borsunlu kəndində 15 ha biçilmiş taxıl sahəsi və 5 ha sahədə quru ot yanıb. Yaxınlıqdakı taxıl sahələri yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

 

Qobustan rayonunun Nərimankənd kəndində isə 3 ha biçilmiş taxıl sahəsi və 15 ha sahədə quru ot yanıb. Yaxınlıqdakı taxıl sahələri yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür

Xəbərin əsas linki (apa.az)

Copyright © 2016 2018 All rights reserved.

ILK-10 Azeri Website Directory