http://bodelen.com/afu.php?zoneid=2241141

azerbaijan news app
Kişi şahmat millimiz dünya çempionatına Avropa çempionu kimi qatılacaq
image
2019-02-01 16:16

Martın 5-dən 14-dək Qazaxıstanın paytaxtı Astanada şahmat üzrə növbəti dünya çempionatı keçiriləcək.

Oxu.Az xəbər verir ki, FIDE (Beynəlxalq Şahmat Federasiyası) bunun üçün iştirakçı kişi və qadın komandaların tərkibini elan edib.

Azərbaycanın kişi şahmatçıları son Avropa çempiatında – 2017-ci ildə Yunanıstanın Krit adasında keçirilmiş qitə birinciliyinin qalibi kimi turnirə vəsiqə qazanıb. Bundan başqa, Çin (son dünya çempionu), İran (Asiya çempionu), ABŞ (Amerika qitəsinin ən yüksək reytinqli komandası), Misir (Afrikanın ən yüksək reytinqli komandası), Rusiya (şahmat Olimpiadasının bürünc mükafatçısı), Polşa (Olimpiadanın dördüncüsü), İngiltərə (Olimpiadanın beşincisi), Qazaxıstan (ev sahibi) və Hindistan (FIDE prezidenti tərəfindən vild kard verilib) iştirak edəcək.

Ehtiyat komandaların da siyahısı açıqlanıb. Hindistan iştirak etməyəcəyi halda ardıcıllıq bu qaydada olacaq: Vyetnam, Ermənistan, Fransa və Ukrayna.

Qadın millilərdə isə bu on komanda iştirakçı olacaq: Rusiya (son dünya çempionu), Çin (Asiya çempionu), ABŞ (merika qitəsinin ən yüksək reytinqli komandası), Misir (Afrikanın ən yüksək reytinqli komandası), Ukrayna (şahmat Olimpiadasının gümüş mükafatçısı), Gürcüstan (Olimpiadanın bürünc mükafatçısı), Macarıstan (Olimpiadanın beşincisi), Ermənistan (Olimpiadanın altıncısı), Qazaxıstan (ev sahibi), Hindistan (FIDE prezidenti tərəfindən vild kard verilib).

Ancaq qadınların yarışında ötən il Gürcüstanın Batumi şəhərində keçirilmiş Olimpiadada onuncu yeri tutmuş Azərbaycan da iştirak edə bilər. Bu o halda baş verəcək ki, Hindistan yarışdan imtina etsin.

Qeyd edək ki, hər ölkənin şahmat federasiyası iştirak üçün FIDE-yə 1000 avro ödəyir. Bundan başqa, səfər xərcləri də federasiyalar tərəfindən ödənir. Yalnız hər komandadan altı nəfərin ev sahibi federasiya tərəfindən təklif etdiyi (minimum dörd ulduz) hoteldə məskunlaşması pulsuz başa gəlir. 

Səbuhi MUSAYEV

Xəbərin əsas linki (oxu.az)

Copyright © 2016 2019 All rights reserved.

ILK-10 Azeri Website Directory