http://bodelen.com/afu.php?zoneid=2241141

azerbaijan news app
“200 manatlıq əskinas xaricdə böyük rezonans doğurub”
image
2019-02-01 12:36

“200 manatlıq əskinazar bu gün dövriyyənin 5%-ni təşkil edir”. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov danışıb.  

O qeyd edib ki, dövriyyədə 2 milyon ədəd 200 manatlıq əskinas var: “Bu əskinas xaricdə böyük rezonans doğurub. Olduqca nəfis bir puldur. Banklar nə qədər istəsə, biz onlara verməyə hazırıq. Hər hansı bir faiz tutulmur”.

Baş bankir əlavə edib ki, bu gün həmin əskinasdan daha çox istifadə oluna bilərdi: “Bunun da obyektiv səbəbləri var. Məsələn, kölgə iqtisadiyyatı. Əllərində olan nağd pulları dövriyyəyə çıxarmadıqları üçün dəyişə bilmirlər. Yoxsa bu gün bu pulun dövriyyəsi 10% ola bilərdi”.

Günel Hacı

Xəbərin əsas linki (qafqazinfo.az)

Copyright © 2016 2019 All rights reserved.

ILK-10 Azeri Website Directory