http://bodelen.com/afu.php?zoneid=2241141
Bakı. Trend:
“Azerspace-2” peyki bu gündən etibarən kommersiya fəaliyyətinə başlayıb.
“Azərkosmos”dan Trend-ə verilən məlumata görə, 26 sentyabr 2018-ci il tarixində Kuru kosmodromundan uğurla orbitə buraxılan “Azerspace-2” peyki Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələrini əhatə edir. Peyk əhatə zonasına daxil olan ölkələrdə dövlət və özəl sektora yüksək keyfiyyətli telekommunikasiya xidmətləri göstərəcək.
“Azerspace-2” kommersiya fəaliyyətinə başlamaqla “Azərkosmos”un yüksək rəqabətli peyk xidmətləri bazarındakı xidmət çeşidini artıracaq və mövqeyini daha da gücləndirəcək.
Xəbərin əsas linki (trend.az)Copyright © 2016 2019 All rights reserved.