http://bodelen.com/afu.php?zoneid=2241141

azerbaijan news app
“Bakı məhəllərində gah qazın təzyiqi artır, gah azalır”
image
2019-02-01 13:51

Deputat Elmira Axundova dəm qazından ölənlərin sayının artmasından narahatlığını bildirib. 

“Qafqazinfo” xəbər verir ki, o, bununla bağlı məsələni parlamentdə qaldırıb. Deputatın sözlərinə görə, bu yaxınlarda Bülbülə qəsəbəsində ananın övladları ilə birgə həlak olması onu da bir ana kimi sarsıdıb: “Mən burada vətəndaşların səhvinin olduğunu da inkar etmirəm. Ancaq bununla yanaşı “Azəriqaz”ın da səhvləri var. Mən özüm vaxtilə köhnə Bakının məhəllərində yaşamışam. Orada indi də yaşayan qohumlarım mənə müraciət edir. Deyirlər ki, gün ərzində qazın verilməsində problemlər yaşanır. Gah qazın təzyiqi artır, gah da azalır. Gecə saatlarında söndürürlər. 

“Azəriqaz” evlərdə yeni sayğaclar quraşdırarkən dəm qazı xəbərdarlığı edən avtomatik xəbərdarlıq aparatları yerləşdirməlidir. Sayğaclar olan evlərdə isə bu aparatların quraşdırılması məcburi olmalıdır. Hesab edirəm ki, “Azəriqaz” Bakıdakı bütün tüstü-bacaların, qaz aparatlarının düzgün quraşdırılması ilə bağlı araşdırma aparmalıdır. Bu tələblərə əməl etməyənlərlə bağlı konkret tədbirlər görülməlidir. Bəzi hallarda “Azəriqaz” əməkdaşları pozuntu aşkarlasa da, sərt tədbirlər görmür, təbii qazın verilişini dayandırmır. Növbəti dəfə aradan qaldırılmasını vətəndaşın ixtiyarına buraxır. Çox zaman isə problem həll edilmir, faciə ilə nəticələnir”.

Günel Türksoy

Xəbərin əsas linki (qafqazinfo.az)

Copyright © 2016 2019 All rights reserved.

ILK-10 Azeri Website Directory