http://bodelen.com/afu.php?zoneid=2241141

azerbaijan news app
“Facebook” və “Twitter” İranla bağlı hesabları bağlayır
image
2019-02-01 09:13

“Facebook” və “Twitter” şirkətləri İran hakimiyyətinin xeyrinə gizli şəkildə təbliğat kampaniyası aparan hesabları bağlayır.

Oxu.Az xəbər verir ki, “Twitter”in bəyanatına əsasən, onların sosial şəbəkəsindən “qara siyahıya” düşmüş təxminən altı min hesab bağlanıb. 

İddia olunur ki, həmin hesablarla 2018-ci ilin noyabr ayında ABŞ Konqresinin seçkilərinə təsir göstərmək cəhdləri qeydə alınıb.

Dezinformasiya yayan səhifələrin çoxunun ABŞ daxilində yaradıldığı, habelə bəzi mənbələrin İran, Venesuela və Rusiyada yerləşdiyi bildirilir.

“Facebook”un kibertəhlükəsizlik məsələləri üzrə rəhbəri Nataniel Qleyçer İran hakimiyyətinin maraqlarını təşviq edən 780 hesab, səhifə və qrupun ləğv olunduğunu bildirib.

Xəbərin əsas linki (oxu.az)

Copyright © 2016 2019 All rights reserved.

ILK-10 Azeri Website Directory