http://bodelen.com/afu.php?zoneid=2241141

azerbaijan news app
“Google” da “iPhone” istifadəçilərinin məlumatlarını alırmış
image
2019-02-01 05:07

“Apple” şirkətinin konfidensiallıq siyasətindən təkcə “Facebook” şirkəti deyil, həm də “Google” şirkəti yan keçib.

“Qafqzinfo” Technote-yə istinadən xəbər verir ki, “Google” şirkəti də xüsusi tətbiq vasitəsilə istifadəçilərin aktivlikləri barəsində məlumatları əldə edirmiş.

“Screenwise Meter” adlı tətbiq 2012-ci ildən dünənki günə kimi mövcud idi. Lakin, “Techcrunch” saytının məqaləsindən sonra şirkət sözügedən tətbiqi silib.

Məlumata görə, bu tətbiq də “Apple” şirkətinin korporativ tətbiqlər sertifikatına əsaslanırdı. Buna görə də yalnız şirkət daxilində proqram təminatının hazırlanması və yayılması məqsədi üzrə istifadə edilməli idi. Praktiki cəhətdən isə 18 yaşından yuxarı hər kəs “Screenwise Meter” tətbiqindən istifadə edə bilərdi. Hətta 13 yaşından yuxarı şəxslər də bu tətbiqə qoşula bilirdilər.

“Facebook” kimi “Google” da bu tətbiq vasitəsilə öz məlumatlarını ötürən şəxslərə hədiyyələr verib. Daha doğrusu, həmin şəxslər pul ilə deyil, hədiyyə kartları vasitəsilə mükafatlandırılıblar.

Qeyd edək ki, bu faktın ortaya çıxmasından sonra “Apple” şirkətinin “Google” şirkəti ilə əməkdaşlığı dayandıracağı iddiaları ortaya atılıb.

Xəbərin əsas linki (qafqazinfo.az)

Copyright © 2016 2019 All rights reserved.

ILK-10 Azeri Website Directory