http://bodelen.com/afu.php?zoneid=2241141

azerbaijan news app
“Heç kim sizi zorla deputat seçməyib”
image
2019-02-01 17:17

Spiker Oqtay Əsədov parlamentin bu gün keçirilən plenar iclasında növbəti dəfə deputatlara irad tutub. 

“Qafqazinfo” xəbər verir ki, buna səbəb zalda əyləşən deputatların telefonlarına zəng gəlməsi olub. Bunu eşidən spikerin reakiyası belə olub:

“Ay millət vəkilləri, girmisiz Milli Məclisə. Hər dəfə sizə xəbərdarlıq edirik. Bu telefonlarınızı səssizə qoyun da!”, - deyə reaksiya verib.

Spiker eyni zamanda deputatlara son xəbərdarlığını edib. O bildirib ki, bəzi millət vəkilləri günün birinci yarısı iclasa gəlirlər. İkinci yarısında burada olmurlar:

“Heç kim burada heç kimdən artıq deyil. Bura heç kimi zorla deputat seçməyiblər. Parlament ayda 3-4 dəfə iclas keçirir. Hamı vaxtında burada iştirak etməlidir. Bir gün gəlib, bir gəlmirlər.  Belə işləmək saymazlıq olur. Xahiş edirəm, həmkarlarınıza da bunu deyin”.

Günel Türksoy 

Xəbərin əsas linki (qafqazinfo.az)

Copyright © 2016 2019 All rights reserved.

ILK-10 Azeri Website Directory