http://bodelen.com/afu.php?zoneid=2241141

azerbaijan news app
“Herbion” öskürək başlayan andan kömək edir - VİDEO
image
2019-02-01 10:30

Soyuqdəymənin və qripin ən çox yayılan simptomlarından biri öskürəkdir. Vaxtında müalicə edilmədikdə, xüsusilə uşaqlarda daha çox ağırlaşmalara səbəb ola bilər. Öskürəyi ilk günlərindən müalicə etmək çox vacibdir.

Herbion bitki şərbətləri həm quru, həm də bəlğəmli öskürəyi müalicə etməyə kömək edir.

Quru öskürək – soyuqdəymə, qrip və kəskin bronxit  ilə başlayır və bir neçə gün davam edir. 

Bir neçə gündən sonra infeksiya aşağı tənəffüs yollarına yayıla bilər və selikli qişa daha çox qalın və  yapışqan selik (bəlğəm) ifraz edə bilər. Aşağı tənəffüs yollarının bir hissəsi olan nəfəs borusu da quru öskürəyə tutula bilər. Bu xəstəliyə traxeit deyilir.

Quru öskürəyə toz, allergenlər, siqaret tüstüsü,  ağız boşluğunun və udlağın selikli qişasının quruması səbəb ola bilər. Yuxarı tənəffüs yollarının quruluğu boğazda qaşınma və qıcıqlanma hissi ilə müşayiət olunur. Bəlğəmli  öskürək, 3 həftə davam edə bilən quru öskürək ilə başlayır.

Bəzi hallarda quru, qıcıqlandırıcı öskürək xəstəlikdən sonra öskürək reseptorlarına artan həssaslığına görə bir neçə həftə davam edə bilər.

Öskürəyin iki növü var:

• bəlğəmsiz, selik ifrazı olmayan quru, qıcıqlandırıcı öskürək .

• selik ifrazı olan bəlğəmli öskürək.

Öskürəyin hər iki növü virus və bakteriyaların səbəb olduğu, tənəffüs yolları infeksiyalarının ümumi simptomlarıdır.

Öskürəyin müddəti:

Quru, qıcıqlandırıcı öskürək 3-4 gün davam edir, bəlğəmli öskürək: 2-3 həftə və 8 həftəyə qədər davam edir.

Herbion ilə quru öskürəyin müalicəsi

Çox təsirli Herbion şərbətləri quru, qıcıqlandırıcı öskürəyi yüngülləşdirir və bəlğəmli öskürək üçün  seliyi artırır. Herbion İslandiya mamırı və Herbion Bağayarpağı şərbəti quru, qıcıqlandırıcı öskürəyin ilk günlərindən effektiv həllidir. 

Herbion İslandiya mamırı şərbəti – sakitləşdirici, antibakterial, iltihabəleyhinə və immunstimuləedici təsirə malikdir. Təbii limon ətirli və şəkərsizdir. 1 yaşdan yuxarı uşaqlar da daxil olmaqla bütün ailəyə quru və qıcıqlandırıcı öskürək, səstutulması və ağrıyan boğaz üçün tövsiyə olunur. Quru və qıcıqlandırıcı öskürəyin digər həlli - C vitaminli Herbion Bağayarpağı şərbətidir. Təbii portağal ətirli bu şərbət 2 yaşdan yuxarı uşaqlar da daxil olmaqla bütün ailə üçün tövsiyə olunur. Şəkər tərkbilidir. Şərbətdəki  bitki ekstraktları iltihabəleyhinə və antibakterial təsir göstərir. C vitamini immuniteti, bədənin infeksiyalara qarşı müqavimətini artırır və hüceyrənin yenilənməsini stimulə edir.

Bəlğəmli öskürəyin müalicəsi üçün Herbion Sarmaşıq və Herbion Novruzgülü şərbətləri.

Herbion Sarmaşıq şərbəti – bəlğəmli  öskürəkdə sekretolitik (bəlğəmi yumşaldır, parçalayır), mukolitik (bəlğəmin xaric olunması), spazmolitik təsirə malikdir. Şəkərsiz və bədrənc ətirlidir.

0 yaşdan uşaqlar da daxil olmaqla bütün ailə üçün tövsiyə edilir. Sarmaşıq ekstraktı spazmolitik təsir göstərir. 

Herbion sarmaşıq şərbətinin tərkibindəki adi sarmaşıq yarpaqlarının quru ekstraktı  mukolitik (bəlğəmin xaric olunması) və bronxospazmolitik təsir göstərir.  Herbion Sarmaşıq  şərbəti bəlğəmin qatılığının azalmasına səbəb olur, bəlğəmin xaric olmasını asanlaşdırır və öskürəyi sakitləşdirir.

Məhsuldar və bəlğəmli öskürəyin müalicəsi üçün digər həll - Herbion Novruzgülü şərbətidir.

Herbion Novruzgülü şərbətinin tərkibində novruzgülü və kəklikotunun duru ekstraktı vardır. 

Bu şərbət  öskürək və soyuqdəymə üçün tövsiyə edilən bitki tərkibinə malikdir. 

Herbion Novruzgülü şərbəti – əsasən  novruzgülünün tərkibində olan saponinlər  mədənin selikli qişasını stimullaşdırır, yerli qıcıqlanmadan yaranmış bronxial sekresiyanın (bəlğəmi yumşaldır) artmasına səbəb olur, bronxial seliyi (bəlğəm) durulaşdırır və onun xaric olmasına şərait yaradır. Şərbət antiseptik təsir göstərir. Herbion Novruzgülü şərbəti  4 yaşdan yuxarı uşaqlar və böyüklər üçün üçün tövsiyə edilir.

Bitki tərkibli bəlğəmgətiricilər, şirin dadlı şərbətlər şəklində olaraq seliyin (bəlğəm) aradan qalxmasına kömək olur. Bir qayda olaraq, belə vasitələrin qəbulundan sonra öskürək əvvəlcə güclənir sonra əksinə olaraq azalmağa başlayır.

Xəbərin əsas linki (oxu.az)

Copyright © 2016 2019 All rights reserved.

ILK-10 Azeri Website Directory