http://bodelen.com/afu.php?zoneid=2241141

azerbaijan news app
“Maşın sanki uçdu, nişanlar təpə arxasında gizlədilmişdi”
image
2019-02-01 11:17

İki ay öncə istifadəyə verilən və əsaslı təmirinə milyonlar xərclənən Babək prospektində maşının çuxura düşməsi ilə bağlı rəsmi qurumlara qarşı müxtəlif iddialar irəli sürülür.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, çuxuru qazan “Azərsu” su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar qazıntı işləri aparıldıqdan sonra məlumatverici lövhə, xəbərdarlıq nişanları və qoruyucu lentlərin quraşdırıldığını bildirib. 

Əməkdaşlarımız hadisə yerində olarkən bir neçə situasiyanı müşahidə ediblər. Belə ki, ilk qəzaya düşən “Nissan” markalı 90 TC 775 nömrəli avtomobilin sürücüsü nişanların düzgün yerdə quraşdırılmadığını bildirib. O, hadisə barədə danışarkən qeyd edib ki, nişanların qarşısında yola tökülən qəhvəyi rəngli balıqqulağı təpəciyi lövhələri görünməz edib: “Mən öz yolumla gəlirdim, qəfildən maşın üzü yuxarı qalxdı, heç nə başa düşmədim. Sonra təkərlər havada qaldı, maşın sanki uçdu. Tez sükanı burdum, maşın yerə düşən kimi çuxurun kənarında dayandı. Nişanlar da maşınıma dəyib aşdı. Sonra mən lövhələri yerinə qoyub kafeyə keçdim, orada əl-üzümü yuyanda “Mercedes” çuxura düşdü”. 

Çuxurun hər iki tərəfində həmin balıqqulağı təpəciyi var, hazırda da nişanlar bu təpənin arxasında “gizlənib”. “Azərsu”yun yerə tökdüyü qəhvəyi balıqqulağı gecələr görünməz olduğu üçün sürücülərin həyatına təhlükə yaradır. Hazırda ərazidə sızma baş verən su xəttinin təmiri istiqamətində işlər görülür, daha sonra yolun bərpasına başlanılacaq.

Məlumata görə, çuxura düşən “Mercedes” markalı avtomobilin sürücüsü xəstəxanaya yerləşdirilib, onun həyatı təhlükəsi yoxdur.

Murad Əhməd

Foto: Nuran Məmmədov  

Xəbərin əsas linki (qafqazinfo.az)

Copyright © 2016 2019 All rights reserved.

ILK-10 Azeri Website Directory