http://bodelen.com/afu.php?zoneid=2241141

azerbaijan news app
“Onların cəzasını şəhidlərin ruhu verəcək”
image
2019-02-01 12:56

Deputat Zahid Oruc Şəhidlər Xiyabanının aksiya meydanına çevrilməsi cəhdlərinə qarşı etiraz edib.

“Qafqazinfo” xəbər verir ki, deputat bununla bağlı fikirlərini parlamentdə səsləndirib. 

Onun sözlərinə görə, Şəhidlər Xiyabanı millətin qürur, and və sükut yeridir: “Həmin məkanı heç bir halda aksiya məkanına çevirmək olmaz. Kimlərsə də bu müqəddəs məkanı aksiya yerinə çevirmək istəyirlərsə, çox böyük səhv edirlər. Onlara da ən böyük cəzanı şəhidlərin ruhu verəcək”.

Günel Türksoy  

Xəbərin əsas linki (qafqazinfo.az)

Copyright © 2016 2019 All rights reserved.

ILK-10 Azeri Website Directory