http://bodelen.com/afu.php?zoneid=2241141

azerbaijan news app
“Paşinyan anlamalıdır ki, münaqişənin həlli Ermənistanın müstəqilliyinə təkan verəcək”
image
2019-02-01 19:41

"Paşinyan anlamalıdır ki, münaqişənin həlli ilk növbədə Ermənistan əhalisi üçün böyük iqtisadi imkanlar açacaq".

Bunu “Qafqazinfo”ya Ermənistanın baş naziri N.Paşinyanın Almaniyaya səfəri çərçivəsində “Azərbaycan tərəfinin güzəştləri; münaqişənin həllinin Dağlıq Qarabağ və Ermənistan xalqları üçün məqbul olması” kimi fikirlərinə münasibət bildirərkən Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib.

L.Abdullayeva bildirib: "İlk növbədə xatırlatmaq istərdim ki, münaqişə nəticəsində, məhz Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonu işğal olunub və onun bir milyona yaxın əhalisi etnik təmizləməyə məruz qalaraq məcburi köçkünə çevrilib".

Mətbuat xidmətinin rəhbərinin sözlərinə görə, münaqişənin həlli ilə bağlı qəbul olunan beynəlxalq qətnamə və sənədlər, ilk növbədə BMT TŞ-nin 4 qətnaməsi işğalçı erməni qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir:

"Onu da bildirmək istərdim ki, münaqişənin həlli ilə bağlı qəbul olunan bütün sənədlərdə və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təkliflərində söhbət “xalq” yox, erməni və azərbaycanlı əsilli iki əhalidən gedir. Yekunda qeyd etmək istərdim ki, Ermənistanın baş naziri kimi cənab Paşinyan anlamalıdır ki, münaqişənin həlli Ermənistanın müstəqilliyinə təkan verəcək və ilk növbədə Ermənistan əhalisi üçün böyük iqtisadi imkanlar açacaq yeni siyasi vəziyyəti yaradacaq".

Xəbərin əsas linki (qafqazinfo.az)

Copyright © 2016 2019 All rights reserved.

ILK-10 Azeri Website Directory