http://bodelen.com/afu.php?zoneid=2241141

azerbaijan news app
“Qalatasaray” “Alanyaspor” oyununda qalib müəyyənləşməyib
image
2019-02-03 00:17

Futbol üzrə Türkiyə Superliqasının XX turunda turnir cədvəlində 2-cü pillədə qərarlaşan İstanbulun “Qalatasaray” komandası səfərdə “Alanyaspor”un qonağı olub.

Oxu.Az xəbər verir ki, baş hakim Alper Ulusoyun rəhbərliyi ilə baş tutan görüş qarşılıqlı hücumlar şəraitində keçsə də, oyunda qalib müəyyənləşməyib.

Qarşılaşmanın 45-ci dəqiqəsində “Alanyaspor”un hücumçusu Djalma Kampos hesabı açıb. Qonaqların cavabı çox çəkməyib. Sofian Fequli 52-ci dəqiqədə hesabı bərabərləşdirib. Oyun elə bu hesabla da bitib.

Bu bərabərlik sayəsində “Alanyaspor” xallarının sayını 25-ə çatdıraraq turnir cədvəlində 10-ci pillədə öz yerini möhkəmlədib. “Qalatasaray” isə 36 xalla 2-cü yerdə qərarlaşıb.

Xəbərin əsas linki (oxu.az)

Copyright © 2016 2019 All rights reserved.

ILK-10 Azeri Website Directory