http://bodelen.com/afu.php?zoneid=2241141

azerbaijan news app
“Si Cinpinlə görüşənə qədər razılaşma olmayacaq”
image
2019-02-01 06:59

ABŞ-la Çin arasında ticarət görüşmələrinin ikinci turu Ağ Evdə başlayıb.

“Qafqazinfo” İHA-ya istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp yaxın gələcəkdə Çin prezidenti Si Cinpinlə görüşənə qədər bu ökə ilə razılıq əldə edilməyəcəyini bildirib:

“Görüş hər iki tərəf üçün də yaxşı keçir. Çin tariflərdə qiymət artımını istəmir və razılıq əldə edərlərsə, daha yaxşısını edəcəklərini düşünürlər. Lakin, mən yaxın gələcəkdə Çin prezidenti Si Cinpinlə görüşənə qədər razılaşma olmayacaq”.

O, problemlərin həll ediləcəyinə ümidvar olduğunu deyib.

Xəbərin əsas linki (qafqazinfo.az)

Copyright © 2016 2019 All rights reserved.

ILK-10 Azeri Website Directory