http://bodelen.com/afu.php?zoneid=2241141

azerbaijan news app
“Veysəloğlu” Şirkətlər Qrupunda çalışanların yarıdan çoxu gənclərdir
image
2019-02-01 14:24

Bakı. Trend:

Bu gün “Veysəloğlu” Şirkətlər Qrupunda çalışan 17-34 yaş aralığında olan işçilər 77% təşkil edir.

Şirkətdən Trend-ə verilən məlumata görə, əməkdaşların 61.5%-i isə 17-29 yaş aralığında olan gənclərdən ibarətdir. Bu isə o deməkdir ki, şirkətlər qrupunda çalışan əməkdaşların yarıdan çoxu gənclərdir.

Özünün 25 illik fəaliyyətində şirkət daim gənclərə dəstək olub və gənclərlə birlikdə inkişaf edib. Bu səbəbdən də gənclərimiz karyerasını bu şirkətdən başlamağa üstünlük verirlər. Belə ki, “Veysəloğlu” Şirkətlər Qrupu işçi heyyətin bilik və bacarığının, peşəkar səviyyəsinin artırılmasına daim böyük əhəmiyyət verir, bunun üçün ölkə daxilində və xaricdə kurslar, seminarlar, təlimlər təşkil edir, müxtəlif tədbirlər həyata keçirir.

Xəbərin əsas linki (trend.az)

Copyright © 2016 2019 All rights reserved.

ILK-10 Azeri Website Directory