http://bodelen.com/afu.php?zoneid=2241141

azerbaijan news app
“Yeni sədr gələn kimi 50 min fəhləni işsiz qoydu”
image
2019-02-01 16:38

Deputat Fəzail Ağamalı Dövlət Şəhərsalma və Arxitektura Dövlət Komitəsinin sədri Samir Nuriyevi sərt tənqid edib. 

“Qafqazinfo” xəbər verir ki, o, parlamnetdə çıxışında qeyd edib ki, bu komitəyə yeni sədr təyin edilib: “Adı da Samirdir. Biz o təyin olunanda alqışladıq ki, təzə, cavan adamdır. O gələn kimi bütün tikinti işlərini dayandırdı. Bakı şəhərində 50 min fəhlə hazırda işsizdir. Bu şəxs görəsən bunun məsuliyyətini başa düşürmü? Cənab prezidentin əsas qayəsi işsizliyə son qoyulması, özünəməşğulluğun təmin edilməsidir. Oqtay müəllim, bilirsiniz ki, mənim tikinti işi ilə əlaqəm yoxdur. Amma vətəndaşlar da müraciət edir ki, işsiz qalıblar. Vaxtilə Maliyyə Bazarlarına Nəzarət Palatasını yaradanda Rüfət Aslanlını da alqışladıq. İndi də Samir adlı cavan bir oğlan var. Amma bu insanların məşğulluğuna son qoyub. Xahiş edirəm ki, məsələni diqqətə alasınız”.

Spikerin deputata cavabı belə olub:

“Həmin şəxsin adı var, Samir Nuriyev. 50 min fəhlə harada qalıb? Dəqiqləşdirin məsələləri. Belə dəqiqləşdirilmələr aparmadan ajiotaj yaratmayın. Prezidentin sərəncamı ilə təyin olunmuş adamdır. Niyə bu qədər cavan, ya qoca sözlərini deyirsiz?”

Günel Türksoy  

Xəbərin əsas linki (qafqazinfo.az)

Copyright © 2016 2019 All rights reserved.

ILK-10 Azeri Website Directory