http://bodelen.com/afu.php?zoneid=2241141

azerbaijan news app
“Zenit”ə transfer olan ukraynalı futbolçu “vətən xaini” elan edildi
image
2019-02-01 06:22

Rusiyanın “Zenit” klubunun ukraynalı futbolçu Yaroslav Rakistkini transfer etməsi iki ölkədə də ciddi mübahisələrə səbəb olub.

“Qafqazinfo” İHA-ya istinadən xəbər verir ki, bəzi ukraynalı futbolçular və azarkeşlər onu “vətən xaini” elan ediblər.

Rakistkinin milli komandada birlikdə oynadığı Artyom Fedetski “İnsanların torpaqlarına hörmət etməsi lazımdır” deyərək, bu transferin qəbuledilməz olduğunu söyləyib.

Azarkeşlər Rakistkini heyətə çağırmaması üçün milli komandanın baş məşqçisi Andrey Şevçenkoya çağırış ediblər.

Rusiyada isə MOİK, “Lokomotiv” və “Spartak” kimi klubların azarkeşləri futbolçuya təbrik mesajları göndəriblər.

Qeyd edək ki, Rakitski 10 ildir “Şaxtyor” forması geyinirdi. 29 yaşlı futbolçu 7,5 milyon dollar qarşılığında “Zenit”ə keçib.

Xəbərin əsas linki (qafqazinfo.az)

Copyright © 2016 2019 All rights reserved.

ILK-10 Azeri Website Directory