http://bodelen.com/afu.php?zoneid=2241141

azerbaijan news app
Lukaşenko qadınların ərlərini evdən niyə qovduqlarını açıqladı
image
2019-02-02 00:05

Belarus prezidenti Aleksandr Lukaşenko belaruslu qadınların ərlərini evdən niyə qovduqlarını açıqlayıb.

Oxu.Az BelTA-ya istinadən xəbər verir ki, o bunu kişilərin evdə xarab olan məişət texnikasını təmir edə bilməməsi ilə əlaqələndirib.

“Elementar biliklər və bacarıqların olmaması gənc ailələrin dağılmasına səbəb olur. Gənclərimizə baxın, mən bilmirəm onlar necə evlənirlər. Nəyə görə arvadları onları evdən qovurlar və ailələr dağılır? Çünki heç bir iş bacarmırlar. O hətta lampanı lüstra bağlaya bilmir, adi çaydanı təmir edə bilmir”, - deyə Lukaşenko vurğulayıb.

Lukaşenko kişilərin çəkic ya balta ilə necə işləməyi bilməməsindən, qadınların isə qayğanaq bişirə bilməməsindən şikayətlənib.

Xəbərin əsas linki (oxu.az)

Copyright © 2016 2019 All rights reserved.

ILK-10 Azeri Website Directory