http://bodelen.com/afu.php?zoneid=2241141

azerbaijan news app
Maduro: "Venesuelada dövlət çevrilişi uğursuzluğa düçar olub"
image
2019-02-02 23:47

"Venesuelada dövlət çevrilişinə cəhd uğursuz olub".

Oxu.Az "EuropaPress"ə istinadən xəbər verir ki, bu barədə Karakasda mitinqdə çıxış edən Venesuela prezidenti Nikolas Maduro bildirib.

Maduro həmçinin çıxışında Venesuelada böhranın həlli ilə bağlı müxalifətin humanitar yardım haqqında təkliflərini də şərh edib.

"Həll axtarmaq vaxtı çatıb. Venesuela yoxsul ölkə deyil. Bizə heç kimdən kömək lazım deyil", - deyə o bildirib.

Qeyd edək ki, bu gün Venesuelada Maduro tərəfdarlarının yürüşü olub.

Xəbərin əsas linki (oxu.az)

Copyright © 2016 2019 All rights reserved.

ILK-10 Azeri Website Directory