http://bodelen.com/afu.php?zoneid=2241141

azerbaijan news app
Mərkəzi Bank sədrindən əmanətlərin tam sığortalanmasına - MÜNASİBƏT
image
2019-02-01 15:23

Azərbaycan Mərkəzi Bankı (AMB) əhalinin bank əmanətlərinin tam sığortalanması siyasətinin uzadılmasını məqsədəuyğun hesab edir.

Oxu.Az xəbər verir ki, AMB İdarə Heyətinin sədri Elman Rüstəmovun sözlərinə görə, bütovlükdə bu dövrdə bütün işlər görülüb qurtarılmalı idi, lakin bu işlər tam icra edilməyib.

“Ona görə hesab edirəm ki, müəyyən bir müddətədək uzadılması məqsədəmüvafiq olardı”, - deyə o bildirib.

Xatırladaq ki, 2016-cı il martın 1-dən sığorta sistemi əhalinin əmanətlərinin bütün həcminə (əvvəllər məbləği 30 min manata qədər olan əmanətlər sığortalanmış hesab olunurdu) şamil edilir.

Yeganə şərt bundan ibarətdir ki, əmanət üzrə faiz Əmanətlərin Sığortalanması Fondunun (ADİF) müəyyən etdiyi limiti keçməməlidir. Buna müvafiq olaraq əhalinin milli valyutada illik faiz dərəcəsi 15%-dən, xarici valyutada isə 3%-dən çox olan əmanətləri sığortalanmır.

Xəbərin əsas linki (oxu.az)

Copyright © 2016 2019 All rights reserved.

ILK-10 Azeri Website Directory