http://bodelen.com/afu.php?zoneid=2241141

azerbaijan news app
Millət vəkillərinin iştirakı ilə UNEC-də növbəti “Açıq Qapı”
image
2019-02-01 18:23

Bakı. Trend:

Bu gün UNEC-də rektor, professor Ədalət Muradovun, millət vəkilləri Qənirə Paşayeva və Hikmət Babaoğlunun, İctimai Nəzarət Şurasının üzvlərinin iştirakı ilə növbəti “Açıq Qapı” günü keçirilib.

Universitetdən Trend-ə verilən məlumata görə, tədbirin məqsədi şəffaflığın daha da artırılması, sıravi vətəndaşların, həmçinin, tələbələrin müraciətlərinin dinlənilməsi, araşdırılması və qanunvericiliyin tələbləri çərçivəsində həll edilməsidir.

Şəffaflığın və obyektivliyin daha da yüksək səviyyədə təmin edilməsi məqsədi “Açıq Qapı” zamanı tələbələrlə yanaşı, hər bir vətəndaş üçün qapılarını açan UNEC-ə ictimaiyyət nümayəndələri dəvət edilir, rektor, professor Ə.Muradov ilə birgə müraciətləri dinləyir, fikir və rəylərini bildirirlər.

Bu gün “Açıq Qapı”da millət vəkili Qənirə Paşayeva, İctimai Nəzarət Şurasının üzvləri millət vəkili Hikmət Babaoğlu, “Trend” İnformasiya Agentliyinin baş direktorunun müavini Arzu Nağıyev, “525-ci qəzet”in müxbiri Sevinc Qarayeva və tələbə rektor Elmir Sadıqov iştirak ediblər.

Xəbərin əsas linki (trend.az)

Copyright © 2016 2019 All rights reserved.

ILK-10 Azeri Website Directory