http://bodelen.com/afu.php?zoneid=2241141
Sərbəst güləş üzrə Hindistan Peşəkar Liqasında dördüncü mövsüm başa çatıb.
Oxu.Az xəbər verir ki, qadın millimizin üzvü Tatyana Omelçenkonun (-62 kq) çıxış etdiyi “Haryana Hamers” klubu finalda “Pancab Royals”ı 6:3 hesabı ilə məğlub edərək çempionluq yaşayıb.
Bu qələbədə Tatyana Omelçenkonun da rolu olub. Ukraynalı legionerimiz finalda qarşı tərəfin yerli güləşçisi Anitanı 9:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, bu liqada “Yodha” klubunda millimizin üzvləri – Hacı Əliyev və Elise Manolova da çıxış edib. Onların komandası iki qələbə və üç məğlubiyyətlə yadda qalıb və yarımfinala vəsiqə qazana bilməyib.
Səbuhi MUSAYEV
Xəbərin əsas linki (oxu.az)Copyright © 2016 2019 All rights reserved.