http://bodelen.com/afu.php?zoneid=2241141

azerbaijan news app
Narkotik maddə saxlamaqda təqsirləndirilən vəzifəli şəxsə hökm oxundu
image
2019-02-01 11:45

Bakı Ağır Cinayətlər Məhkəməsində qanunsuz narkotik maddə saxlamaqda təqsirləndirilən Cənub Regional Ovçular İttifaqının sədri Natiq Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Oxu.Az xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

Hökmə əsasən, N.Məmmədovun ittiham olunduğu qanunsuz olaraq külli miqdarda narkotik vasitələri saxlama maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri saxlama maddəsinə tövsif edilib.

N.Məmmədov 1 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. 

İttihama görə, N.Məmmədov 2018-ci il aprelin 16-da Xətai rayonu, Məhəmməd Hadi küçəsində övladlarının kirayə yaşadığı binanın qarşısında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərindən beş qram heroin aşkar olunub.

Etibar Məmmədov

Xəbərin əsas linki (oxu.az)

Copyright © 2016 2019 All rights reserved.

ILK-10 Azeri Website Directory