http://bodelen.com/afu.php?zoneid=2241141

azerbaijan news app
Nazir: İşə qəbul olunan müəllimlərin 90 faizi gənclərdir - VİDEO
image
2019-02-01 14:32

Bu vaxta qədər 140 mindən artıq müəllim diaqnostik qiymətləndirmədən keçib.

Oxu.Az xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov 2 fevral Gənclər Günü ilə bağlı gənc müəllimlərlə görüşü zamanı deyib.

“Ucqar bölgələrdə fəaliyyətə başlayan müəllimlərin stimullaşdırılması tədbirləri görülüb. Ölkənin bütün coğrafiyalarını əhatə edən 500-dən artıq və son 15 ildə 3200-dən artıq ümumtəhsil müəssisəsi yenidən qurulub və əsaslı təmir edilib”, - nazir bildirib.

Onun sözlərinə görə, son beş il ərzində  20 minə yaxın müəllim işə qəbul olunub, onların 90 faizi gənclərdir.

“İşə qəbul olunmuş müəllimlərin təxminən 70 faizi ucqar bölgələrdə fəaliyyətə başlayıb. Bununla ucqar bölgələrdə qeyri-ixtisas müəllimlərinin şagirdlərə dərs deməsi problemi həllini tapıb. Düşünürəm ki, yaxın illərdə bu problem tamamilə həllini tapacaq”.

Xəbərin əsas linki (oxu.az)

Copyright © 2016 2019 All rights reserved.

ILK-10 Azeri Website Directory