AZ EN RU TR

azerbaijan news app
Thumbnail

Azərbaycan prezidenti çay, çəltik və sitrus meyvələri istehsalı ilə bağlı əsas hədəfləri açıqlayıb

2017-09-03 14:37 | www.apa.az | 25

“Qısa müddətdə özümüzü kənd təsərrüfatı məhsulları ilə təmin etmək əmsalımızı daha da artıracağıq

“Kənd təsərrüfatının bütün sahələrinin inkişafı ölkəmiz üçün mühüm önəm daşıyır. Növbəti illərdə ənənəvi kənd təsərrüfatı sahələrinin bərpası və dirçəldilməsinin sürətlə aparılması əhəmiyyətlidir”.

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində söyləyib.

Dövlət başçısı deyib ki, ölkəmizdə istehsal olunan məhsulların böyük həcmdə xarici bazarlarda təqdim olunması ilə bağlı tədbirlər görülür: “Çayçılıqda yaşanan tənəzzül artıq aradan qaldırılıb, bu sahənin inkişafı ilə bağlı tədbirlər görülür. Hazırda min hektarda çay plantasiyaları salınır, bu göstəricinin artırılması qarşıda bir məqsəd kimi dayanır. Çay plantasiyalarının su təminatının həyata keçirilməsi, qabaqcıl texnologiyanın tətbiqi, bu sahədə idxaldan asılılığın azaldılması və ixracın artırılması vacib şərtdir. Çəltikçiliyə gəlincə, bu sahə hazırda 12 rayonda sürətlə inkişaf edir vədövlət dəstəyi hesabına fermerlərin çəltikçiliyə marağı artır. Ötən il 2 min 500 hektar, bu il isə 5 min hektarda çəltik əkilməsi bunu bir daha təsdiqləyir. ”.

Prezident İlham Əliyev bildirib ki, sitrus meyvələrin tədarükündə də artım olduğunu qeyd edib: “Hazırda 2 min 500 hektarda yeni bağların salınır. İdxaldan asılılığı aradan qaldırmaq üçün ölkədə əlavə 27 min ton sitrus meyvəsi tədarük olunmalıdır. Hər il ölkəyə 40-45 milyon dollar həcmində çay, 37 milyon dollarlıq düyü və 17 milyon dollar məbləğində sitrus meyvələr idxal olunur. Mövcud fərqi aradan qaldırmaq üçün tədbirlərin görülməsi vacibdir. Biz qısa müddətdə özümüzü kənd təsərrüfatı məhsulları ilə təmin etmək əmsalımızı daha da artıracağıq. Bu isə dünya bazarlarına daha keyfiyyətli məhsullarla çıxmağımıza imkan verəcək. Yaradılacaq yeni iş yerləri və istehsalat sahələri həm dövlətə, həm də vətəndaşlara böyük səmərə gətirəcək”.

Bu kateqoriyadaki digər xəbərlər