AZ EN RU TR

azerbaijan news app
Thumbnail

Strateji yol xəritələrində nəzərdə tutulmuş tədbirlərin icrası müzakirə edilib

2017-11-10 17:27 | www.apa.az | 16

İqtisadiyyat Nazirliyində strateji yol xəritələrində nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı iclas keçirilib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, iclasda strateji yol xəritələrinin Tədbirlər Planlarında İqtisadiyyat Nazirliyinin əsas və digər icraçı olduğu, eləcə də nazirliyin əlaqələndiricisi olduğu strateji yol xəritələrində təsbit olunmuş tədbirlərin icra vəziyyəti müzakirə edilib, əsas və alt işçi qruplarının üzvlərinin tapşırıqların icra vəziyyəti və gedişatı barədə hesabat məruzələri dinlənilib.

Eyni zamanda, Nazirlər Kabinetinin cari ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan prezidenti İlham Əliyevin strateji yol xəritələri ilə bağlı tapşırıqlarının tam icrasının təmin edilməsi məqsədilə iqtisadiyyat nazirinin "Strateji yol xəritələrində nəzərdə tutulmuş tapşırıqların icrasının sürətləndirilməsi sahəsində əlavə tədbirlərin görülməsi və icra intizamının daha da gücləndirilməsi barədə" əmrinin icra vəziyyəti və görülməli olan işlər müzakirə iştirakçılarının diqqətinə çatdırılıb.

İclasda həmçinin, İqtisadiyyat Nazirliyinin əlaqələndiricisi olduğu "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi" və "Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi" üzrə koordinasiyanın təşkili üçün iqtisadiyyat nazirinin müvafiq əmri ilə yaradılmış işçi qrupları üçün müəyyənləşdirilmiş tələblər, eləcə də bu istiqamətdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə koordinasiyalı fəaliyyətinin həyata keçirilməsinə dair müzakirələr aparılıb.

Bu kateqoriyadaki digər xəbərlər