AZ EN RU TR

azerbaijan news app
Thumbnail

Qusarda narkomaniya və dini radikalizm təhlükəsi mövzusunda tədbir keçirilib

2017-11-10 19:45 | www.apa.az | 20

Qusar Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Böyük Muruq kəndində “Narkomaniyanın sosial təhlükəliliyi və doğurduğu fəsadlar”, “Dini radikalizm cəmiyyət üçün təhlükədir” mövzusunda maarifləndirici tədbir keçirilib.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan APA-nın şimal bürosuna verilən məlumata görə, yerli icra nümayəndələri, məktəbin pedaqoji heyəti, kənd sakinləri, yuxarı sinif şagirdləri və valideynlərin iştirak etdiyi tədbirdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Zaur Bədəlov dövrümüzün ağır bəlasına çevrilən narkomaniyanın zərərlərindən, insan sağlamlığı üçün təhlükələrdən, eləcə də narkotik vasitələrə yaranan asılılıqdan və ölkəmizdə narkomanlığa qarşı aparılan mübarizədən danışıb.

O qeyd edib ki, narkotik vasitələrdən istifadə edən hər bir şəxs uğurlu gələcəyindən imtina etməklə, cəmiyyətdə həmişə geridə qalır və aludəçiliyin, zərərli təsirlərin fəsadlarından qurtula bilmir. Onun sözlərinə görə, gəncləri daha düzgün və uğurlu yola yönləndirmək valideynlərdən və əsasən də müəllimlərdən asılıdır. 

“Dini radikalizm cəmiyyət üçün təhlükədir” mövzusunda danışan RPŞ-nin rəisi bildirib ki,  hər kəsin dini inancı var və hər bir şəxs buna hörmətlə yanaşmalıdır.

Z. Bədəlov həmçinin erkən nikahın doğurduğu mənfi cəhətlər və gənc ailələrdə yaratdığı problemlərdən söz açıb.

Görüşün sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

Bu kateqoriyadaki digər xəbərlər