AZ EN RU TR

azerbaijan news app
Thumbnail

Bakıda yaşayış binasında baş verən yanğın söndürülüb - YENİLƏNİB-1

2017-11-10 23:12 | www.apa.az | 12

Bakıda yaşayış binasında yanğın söndürülüb.

APA-nın xəbərinə görə, Binəqədi rayonu, Fərman Məlikov küçəsində yerləşən 16 mərtəbəli binada baş verən yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb

Faktla bağlı araşdırmalara başlanılıb.

***

22:23

Bakıda 16 mərtəbəli yaşayış binasında yanğın baş verib

APA-nın xəbərinə görə, blokların birindəki elektrik şitində qəfil baş verən tüstülənmə yanğına çevrilib.

Yaşayış binasının bir hissəsinin sakinləri təxliyə olunub.

Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Hadisə nəticəsində tüstüdən zəhərlənən 10-dan çox sakinə hadisə yerində təcili tibbi yardım göstərilib. Bir azyaşlı Bakı şəhər 1 saylı Xəstəxananın Toksikoloji şöbəsinə yerləşdirilib. 

***

22:01

Bakıda 16 mərtəbəli yaşayış binasında yanğın başlayıb.

APA-nın xəbərinə görə, hadisə paytaxtın Binəqədi rayonu, Fərman Məlikov küçəsində qeydə alınıb.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Yanğının söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir

Bu kateqoriyadaki digər xəbərlər