AZ EN RU TR

azerbaijan news app
Thumbnail

“Azərbaycan gözəli” getdi, evlilik verilişi bağlandı – VİDEO + FOTO

2017-11-11 10:17 | www.oxu.az | 34

“Azərbaycan gözəli” Günel Ağayeva “Hande Ataizi ilə” adlı evlilik proqramınını tərk edib. 

Oxu.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə modelin namizəd olduğu Məhəmməd bəy məlumat verib. 

O, canlı efirdə Ağayevanın artıq proqrama gəlməyəcəyini deyib. Bəy namizədi söyləyib ki, Günellə münasibətlərinə nöqtə qoyub. 

Modeldən sonra “Hande Ataizi ilə” adlı evlilik verilişi də yayımdan qaldırılıb. Türkiyə Televiziya Şurası tərəfindən ayın əvvəlində ağır şəkildə cəzalandırılan proqramın formatı dəyişib. 

Hande Ataizinin aparıcılıq etdiyi veriliş müsabiqə formasında yayımlanmağa başlayacaq. 

S.B.

Bu kateqoriyadaki digər xəbərlər