AZ EN RU TR

azerbaijan news app
Thumbnail

Azərbaycandan aparılan 20 ton tütün məhsulu Rusiyaya buraxılmadı

2017-11-11 10:38 | www.oxu.az | 24

Rusiya-Azərbaycan sərhədində yerləşən "Yaraq-Qazmalar" gömrük buraxılış məntəqəsində Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin Dağıstan Respublikası üzrə İdarəsinin müfəttişləri Azərbaycandan aparılan 20 ton qıcqırdılmış tütün məhsulunu saxlayıblar.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bu barədə idarənin mətbuat xidmətinin məlumatında bildirilir.

Qeyd olunur ki, daşınan tütünün sənədləri saxta olub, ona görə də, yük Rusiya ərazisinə buraxılmayıb.

Məhsul sahibinə qarşı Rusiya İnzibati Xətalar Məcəlləsinin 10.2-ci maddəsi üzrə (Karantin məhsullarının idxal və ixrac qaydalarının pozulması) inzibati protokol tərtib olunub.

Bildirilir ki, ilin əvvəlindən Dağıstan müfəttişləri Azərbaycandan 70 tondan çox xiyar, pomidor, nar və digər məhsulların Rusiya ərazisinə keçirilməsinin qarşısını alıblar.

S.B.

Bu kateqoriyadaki digər xəbərlər