AZ EN RU TR

azerbaijan news app
Thumbnail

Külli miqdarda brilyant qaşların qanunsuz yolla Azərbaycana gətirilməsinin qarşısı alınıb

2017-11-11 11:56 | www.apa.az | 33

Gömrük əməkdaşları külli miqdarda brilyant qaşların Azərbaycanın gömrük sərhədindən gömrük nəzarətindən gizli və bəyan etmədən keçirilməsinə cəhdin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə almaz məmulatının qanunsuz yolla ölkə ərazisinə gətirilməsi barədə daxil olan əməliyyat məlumatına əsasən, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı nəzarətə götürülüb.

Vətəndaş gömrük nəzarətindən keçərkən saxlanılıb və üzərində gömrük nəzarətinə bəyan edilməli və ya gömrük nəzarətindən gizlədilən hər hansı əşyanın olub-olmadığı soruşulub. O, belə bir əşyanın olmadığını bildirib.

Daha sonra həmin vətəndaşın üzərində şəxsi yoxlama aparılıb.

Şəxsi yoxlama zamanı, vətəndaşın ayaqqabısının sol tayının içərisində 11 ədəd bükümdə müxtəlif ölçülü ağ rəngli qaşlar aşkar edilib.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar edilən qaşlar ümumi çəkisi 185,12 karatlıq brilyantdır.

Faktla bağlı araşdırma aparılır.

Bu kateqoriyadaki digər xəbərlər