AZ EN RU TR

azerbaijan news app
Thumbnail

Azərbaycanda avtomatlaşdırılmış Büdcə Məlumat İdarəetmə Sistemi yaradılacaq

2017-11-11 12:29 | www.apa.az | 31

Maliyyə Nazirliyi Dövlət büdcəsinin tərtibində tətbiq ediləcək avtomatlaşdırılmış Büdcə məlumat İdarəetmə Sisteminin (BMİS) yaradılması barədə tender elan edib

Maliyyə Nazirliyi Dövlət büdcəsinin tərtibində tətbiq ediləcək avtomatlaşdırılmış Büdcə məlumat İdarəetmə Sisteminin (BMİS) yaradılması barədə tender elan edib.

Nazilrikdən “APA-Economics”ə verilən məlumata görə, tender proseduru 2017-ci il dekabr ayının 22-də saat 11:00-da Maliyyə Nazirliyinin IV mərtəbəsində, otaq № 429-da keçiriləcək.

Tenderdə iştirak etmək üçün iddiaçılar ərizə, iştirak haqqının ödənilməsi barədə bank sənədini (ödəniş qəbzi) komissiyaya təqdim etməlidirlər. Tender təklifləri 2017-ci il dekabr ayının 21-i saat 10:00-dək Maliyyə Nazirliyinin Müasir texnologiyalar və avtomatlaşdırılmış idarəetmə sistemləri şöbəsinə təqdim olunmalıdır.

İstehsal şəraiti və məhsulları (xidmətləri) beynəlxalq standartların tələblərinə cavab verən, server, şəbəkə, kompüter avadanlıqlarının və proqram təminatının təchizində və satınalınmasında (və ya buna oxşar sahəsində) peşəkarlığı, idarəetmə səriştəsi, texniki və maliyyə imkanları olan, “Dövlət Satınalmaları haqqında” qanun ilə müəyyənləşdirilmiş şərtlərə əməl edən iddiaçılar tenderdə iştirak edə bilərlər. Vasitəçilik fəaliyyətini həyata keçirən və maddi-texniki bazası (öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı) olmayan müəssisələr tenderdə iştirak edə bilməzlər.

Tender təkliflərində iddiaçı tender predmetini səciyyələndirən bütün parametrləri, o cümlədən işin icrasının texniki cəhətlərini, icra müddətini, dəyərini, hesablaşma formasını, işin icra yerini göstərməlidir. Təklif olunan məhsul beynəlxalq standartların tələblərinə cavab verən müvafiq sertifikatlara malik olmalıdır. İddiaçının yazılı şəkildə hazırladığı tender təklifi iki zərfə qoyulmalı və hər iki zərf iddiaçı tərəfindən imzalanıb möhürlənməlidir.

İddiaçı təklifin dəyərinin 5 (beş) faizi həcmində bank təminatı təqdim etməlidir. Maliyyə Nazirliyinin keçirəcəyi tenderdə iştirak edən iddiaçılar müraciət etdikdən və tenderdə iştirak üçün 750 (yeddi yüz əlli) manat və ya ödəniş gününə Mərkəzi Bankının məzənnəsi nəzərə almaqla bu məbləğlərin ABŞ dollarında ekvivalenti ödədikdən sonra tenderin şərtlər toplusunu ala bilərlər.

Bu kateqoriyadaki digər xəbərlər