AZ EN RU TR

azerbaijan news app
Thumbnail

YAP-ın 25 illiyi ilə bağlı ağacəkmə kampaniyasına start verilib

2017-11-11 12:31 | www.apa.az | 23

Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən ölkə üzrə ağacəkmə kampaniyasına başlanıb. APA-nın məlumatına görə, partiyanın yaranmasının 25 illiyinə həsr olunan kampaniyaya bu gün Bakı ətrafında start verilib.

YAP-ın sədr müavini, baş nazirin müavini Əli Əhmədov, partiyadan olan Milli Məclis üzvləri, hökumət təmsilçiləri, gənclər təşkilatları nümayəndələrinin iştirakı ilə Zirə-Qala yolunda ağaclar əkilib. Ə. Əhmədov bildirib ki, kampaniya müddətində 700 000 ağacın əkilməsi nəzərdə tutulub.

Bu kateqoriyadaki digər xəbərlər